Azərbaycan şahmatçıları rapid və blits üzrə Avropa çempionatında iştirak edəcəklər

· 1 mənbə

Bakı. Trend:

Azərbaycan şahmatçıları Günay Məmmədzadə, Gövhər Beydullayeva və Gülnar Məmmədova qadınlar arasında rapid və blits üzrə Avropa çempionatında mübarizə aparacaqlar.

Qitə birinciliyi 2027-ci il yanvarın 7-dən 11-dək Monakonun Monte-Karlo şəhərində keçiriləcək.

İlkin iştirakçı siyahısına əsasən, indiyədək 98 şahmatçı yarışda iştirak etmək üçün qeydiyyatdan keçib.

Blits üzrə Avropa çempionatı yanvarın 8-də, rapid üzrə yarış isə yanvarın 9-10-da təşkil olunacaq.

Mənbə: Trend · 29.11.2026, 16:43 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu