Azərbaycan Premyer Liqası: XIII turun növbəti görüşləri bu gün keçiriləcək

· 3 mənbə

Misli Premyer Liqasında XIII turun növbəti görüşləri bu gün keçiriləcək.

"Report"un məlumatına görə, üçüncü oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" doğma meydanda "Qəbələ" ilə üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Ev sahibləri 14 xalla yeddinci, qonaqlar 11 xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci duelində "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. "Azersun Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Ağdam təmsilçisi 20 xalla dördüncü sıradadır. "Kimyaçılar" isə 10 xalla onuncu yerdədir.

Misli Premyer Liqası

II dövrə

XIII tur

29 noyabr

14:30. "Şamaxı" – "Qəbələ"

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Müslüm Əliyev, Ruslan Quliyev

VAR: Cavid Cəlilov

AVAR: Kərim Zeynalov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Asif Əliyev

Şamaxı şəhər stadionu

17:00. "Qarabağ" – "Sumqayıt"

Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Orxan İbişov, Nazim Abdullayev

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

"Azersun Arena"

Xatırladaq ki, İlk oyun günündə "Şəfa" səfərdə "İmişli"yə qalib gəlib (3:1), "Neftçi" isə evdə "Zirə"ni məğlub edib (1:0). XIII tura noyabrın 29-da yekun vurulacaq.

Mənbə: Report · 29.11.2026, 09:05 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu