Azərbaycan və Aİ Zəngəzur dəhlizinin "TEN-T" şəbəkəsinə inteqrasiyasını müzakirə edib

· 1 mənbə

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Zəngəzur dəhlizinin "TEN-T" şəbəkəsinə inteqrasiyası müzakirə edilib.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr Azərbaycan və Aİ arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun üçüncü iclası çərçivəsində baş tutub.

"Avropa Komissiyasının Mobillik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska ilə Azərbaycan–Aİ nəqliyyat əməkdaşlığının prioritet istiqamətləri, Orta Dəhlizin inkişafı, regional nəqliyyat bağlantılarının genişləndirilməsi və strateji infrastruktur layihələri barədə fikir mübadiləsi apardıq",-deyə nazir qeyd edib.

R.Nəbiyev görüşdə həmçinin Orta Dəhlizin inkişafı üçün Aİ-nin maliyyə və investisiya imkanlarından istifadə, Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı, Avropa logistika şirkətlərinin Orta Dəhlizə cəlb edilməsi, eləcə də aviasiya və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıldığını, müzakirə olunan istiqamətlər üzrə müvafiq qərarların qəbul edildiyin bildirib.

Mənbə: Report · 27.11.2026, 10:34 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu