Bəzi mallar gömrük ödənişlərindən azad olunacaq

· 1 mənbə

Dövlətin xeyrinə imtina edilmiş malların bütün növ gömrük ödənişlərindən azad olunması nəzərdə tutulur.

Modern.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Məcəllənin 332.4-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, həmin mallara görə gömrük rüsumları və vergilərlə yanaşı, gömrük yığımları və dövlət rüsumları da alınmayacaq.

Hazırda qüvvədə olan qanunvericilikdə dövlətin xeyrinə imtina edilmiş malların yalnız gömrük rüsumlarından və vergilərdən azad edilməsi nəzərdə tutulur.

Təklif olunan dəyişiklik dəqiqləşdirmə xarakteri daşıyır və bütün gömrük ödənişlərini əhatə edir.

Mənbə: Modern.az · 27.11.2026, 09:45 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu