Azərbaycanda bir gündə 46 nəfər saxlanıldı
· 1 mənbə
Noyabrın 25-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 34 cinayətin açılması polis tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 15 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Mənbə: Milli.az · 26.11.2026, 10:05 · orijinal məqalə