Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı

· 1 mənbə

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 25-də polis tərəfindən paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz odlu silah və sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər keçirilib.

Tədbirlər nəticəsində 3 avtomat silahı, 2 tapança, 30 tüfəng, 17 patron darağı və 580 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Qanunsuz saxlanılan odlu silah və sursatın aşkar olunması, eləcə də onların qanunsuz dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Mənbə: Baku.ws · 26.11.2026, 12:51 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu