Özəl bağçalarda uşaqların sayı 20%-ə qədər artıb

· 1 mənbə

Azərbaycanda qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların sayı 2026-cı ilin əvvəlinə 8 736 nəfərə çatıb. Bu, bir il əvvəllə müqayisədə 1 424 nəfər və ya 19,5% çoxdur.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, eyni dövrdə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin sayı 164-dən 172-yə yüksəlib.

Müəssisələrin sayı 4,9% artdığı halda, uşaqların sayı daha sürətlə artıb. Nəticədə bir müəssisəyə düşən uşaqların orta sayı 45-dən 51-ə yüksəlib.

Özəl məktəbəqədər təhsil müəssisələrində hər 100 yerə düşən uşaqların sayı da 69-dan 74-ə qalxıb.

Mənbə: Banker.az · 26.11.2026, 12:33 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu