Azərbaycanda tanınmış müğənni komaya düşüb

· 2 mənbə

Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, sənətçi ötən gündən komadadır. Onun səhhətindəki problemin nədən qaynaqlandığı açıqlanmayıb.

Qeyd edək ki, 48 yaşlı estrada müğənnisi Abşeron Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəridir.

Mənbə: Modern.az · 29.11.2026, 23:01 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az Tanınmış müğənni komaya düşüb

Oxu.az saytında oxu