Azərbaycanın kartof ixracından gəliri 30 milyon dollara yaxınlaşıb
· 1 mənbə
Azərbaycanın kartof ixracı cari ilin ilk 10 ayında həm dəyər, həm də həcm ifadəsində artıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Yanvar-oktyabr aylarında ölkədən 29,7 milyon ABŞ dolları məbləğində 77 min 483 ton kartof ixrac olunub.
Beləliklə, ötən ilin eyni dövründəki göstəricilərlə müqayisədə ixracın həcmi 6 min 522 ton (9,1 %), dəyəri isə 1,5 milyon dollar (5,3 %) yüksəlib.
Buna baxmayaraq, kartof ixracından əldə olunan vəsait ölkənin ümumi ixrac gəlirlərində əhəmiyyətli paya sahib olmayıb.
Ümumilikdə, hesabat dövründə Azərbaycanın xarici ticarət tərəfdaşları ilə əməliyyatlarının həcmi 43 milyard 189 milyon dollar təşkil edib. Bu, illik müqayisədə 5,7 % artım deməkdir.
Həmin məbləğin 27 milyard 921 milyon dolları ixrac, 15 milyard 268 milyon dolları isə idxal əməliyyatlarının payına düşüb. İllik müqayisədə ixracın dəyərində 29,05 % artım, idxalın dəyərində isə 20,6 % azalma qeydə alınıb.
Mənbə: Banker.az · 29.11.2026, 19:42 · orijinal məqalə