Azərbaycanın 2 taekvondoçusu yeniyetmələr arasında Avropa birinciliyində bürünc medal qazanıb
· 1 mənbə
Rumıniyanın paytaxtı Buxarest şəhərində taekvondo üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycanın 2 idmançısı bürünc medala sahib çıxıb.
Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.
Yarışda 29 kq çəki dərəcəsində mübarizə aparan Əsma Abdullazadə və 65 kq-da çıxış edən Yusif Nağızadə üçüncü yeri tutublar.
Mənbə: Report · 29.11.2026, 12:25 · orijinal məqalə