Monika Belluççinin qızı məşhur jurnal üçün soyundu

· 1 mənbə

Məşhur aktyorlar Monika Belluççi və Vensan Kasselin qızı Deva jurnallardan biri üçün çəkdirdiyi fotosessiya ilə yenidən gündəmə gəlib. Onun soyunaraq çəkdirdiyi fotoları pərəstişkarları arasında müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, fotolar "Instagram" sosial şəbəkəsində yayılıb.

22 yaşlı Deva Kassel "L'Beauté Magazine" jurnalının yeni buraxılışının əsas siması olub. Model nəşrin üz qabığı üçün "toples" formada poz verərək sinəsini əlləri ilə örtüb. O, kamera qarşısına şlyapa, iri üzük və brilyant qaşlı qolbaq taxmaqla çıxıb. Məşhur cütlüyün qızı təbii üslubda makiyaj edib.

Müəllif: Tural

Mənbə: Publika.az · 29.11.2026, 12:28 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu