Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı
· 1 mənbə
Dünya bazarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, noyabrın 29-da Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların bahalaşması müşahidə olunub.
Ticarət nəticələrinə əsasən, qızılın bir troya unsiyasının qiyməti 103,9 dollar artaraq 3 668,5 dollara çatıb.
Gümüşün bir troya unsiyası isə 3,16 dollar bahalaşaraq 43,7 dollar təşkil edib.
Mənbə: Baku.ws · 29.11.2026, 13:51 · orijinal məqalə