Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfə artıb
· 1 mənbə
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 661 180,72 min ABŞ dolları dəyərində 896 583,57 ton neft məhsulları ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,02 dəfə, həcmi isə 52,5% çox olub.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, Azərbaycan neft məhsullarının ixrac coğrafiyasına Ermənistan da daxildir.
Mənbə: APA · 26.11.2026, 16:38 · orijinal məqalə