Azərbaycanın xaricdəki ən yaşlı səfirləri - ADLAR

· 1 mənbə

Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən diplomatlar arasında yaşı 70 və daha yuxarı olan şəxslər də var. Onların bəziləri uzun illərdir diplomatik xidmət və dövlət idarəçiliyinin müxtəlif sahələrində fəaliyyət göstərirlər.

Modern.az hazırda Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə rəhbərlik edən ən yaşlı səfirlərin siyahısını təqdim edir:

Məhərrəm Əliyev – 75 yaş

Azərbaycanın Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. 20 oktyabr 1951-ci ildə anadan olub. 2023-cü ilin 9 dekabrından bu vəzifəni icra edir.

Tamerlan Qarayev – 74 yaş

Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiridir. 30 yanvar 1952-ci ildə anadan olub. 13 dekabr 2018-ci ildən Litvada ölkəmizi təmsil edir.

Vilayət Quliyev – 74 yaş

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiridir. 5 noyabr 1952-ci ildə anadan olub. O, 4 may 2022-ci ildən bu vəzifəni icra edir.

Vaqif Sadıqov – 70 yaş

Azərbaycanın İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir. 2 noyabr 1956-cı ildə anadan olub. 2026-cı ilin sentyabrında bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, siyahıda yer alan diplomatlar müxtəlif dövrlərdə dövlət idarəçiliyi, diplomatiya və xarici siyasət sahələrində mühüm vəzifələrdə çalışıblar.

Mənbə: Modern.az · 28.11.2026, 11:47 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu