Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon dollara çatıb

· 1 mənbə

Bakı.Trend:

Bu ilin 9 ayında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon dollara çatıb.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, mövcud potensial bundan daha artıqdır.

“Azərbaycandan Gürcüstana 4 milyarddan artıq investisiya qoyulub. Gürcüstdandan Azərbaycana isə 460 milyon investisiya qoyulub”.

Mənbə: Trend · 24.11.2026, 18:41 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu