Azərbaycanlı milyarderin qurduğu biznes satılır - 16 milyard dollarlıq sövdələşmə

· 2 mənbə

Bakı. Trend:

Azərbaycanlı milyarder Vahid Ələkbərovun təsis etdiyi Rusiyanın “LUKOIL” şirkəti beynəlxalq aktivlərini satmaq üçün ABŞ milyarderi Todd Boeli ilə razılaşma imzalayıb.

Bloomberg xəbər verir ki, ABŞ milyarderi Todd Boeli ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) da daxil olduğu konsorsium adından Rusiyanın “LUKOIL” şirkətinin beynəlxalq enerji aktivlərinin satın alınması ilə bağlı razılaşma imzalayıb.

Məlumata görə, bir ildən artıq davam edən danışıqlardan sonra əldə olunan razılaşma 10 milyard dollar dəyərində “LUKOIL” qiymətli kağızlarının şirkətin beynəlxalq aktivləri ilə dəyişdirilməsini nəzərdə tutur.

ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin oktyabrında sanksiya tətbiq etdiyi “LUKOIL”la bağlı sövdələşməni milli təhlükəsizlik maraqları baxımından nəzərdən keçirəcək.

Mənbə: Trend · 25.11.2026, 21:27 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu