Məcburi köçkünlərlə ev sahibi arasında gərgin anlar - VİDEO

· 1 mənbə

"30 il öncə evimizdə məskunlaşan keçmiş məcburi köçkün ailəsi indi həmin mənzili bizə qaytarmaq istəmir".

Bu iddia ilə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən mənzilin qanuni sahibi Balahəsən Aydınovun həyat yoldaşı "Xəzər Xəbər"ə müraciət edib. O bildirib ki, illər əvvəl evlərinə məcburi şəkildə yerləşən Qubadlı rayon sakini Pənah Mütəllimov və ailəsi mənzili tərk etmək istəmir. Şikayətçinin sözlərinə görə, əllərində mənzilin boşaldılması ilə bağlı rəsmi məhkəmə qətnaməsi olsa da, qarşı tərəf buna məhəl qoymur.

Mənbə: Xəzər Xəbər · 25.11.2026, 21:35 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu