Azərbaycanlı prodüser Rusiyada ölü tapıldı
· 1 mənbə
Rusiyada 36 yaşlı azərbaycanlı prodüser Elmir Məhərrəmov ölü tapılıb.
Publika.az Axşam.az-a istinadən xəbər verir ki, musiqi prodüseri Elmir Məhərrəmov 36 yaşında Rusiyanın paytaxtı Moskvada vəfat edib.
Onun meyiti noyabrın 23-də Moskvanın qərbində, Vasili Lanovoy küçəsində aşkarlanıb. Onun ölüm səbəbi hələlik müəyyənləşməyib. Prodüserin intihar etdiyi və ya bədbəxt hadisə nəticəsində həyatını itirdiyi ehtimal olunur.
Qeyd edək ki, Elmir Məhərrəmov 10 ildən artıqdır şou-biznes sahəsində fəaliyyət göstərib. O, müxtəlif illərdə “Self Made Music”, “Archer Music” və “Out of Records” musiqi leybllərinə rəhbərlik edib.
Prodüser Olqa Buzova, Dima Bilan, “Artik & Asti”, T'Killah və digər tanınmış ifaçılarla əməkdaşlıq edib.
Mənbə: Publika.az · 23.11.2026, 22:46 · orijinal məqalə