Babiş: Aİ ölkələrinin büdcə ilə bağlı mövqeləri bir-birindən çox uzaqdır

· 1 mənbə

Avropa İttifaqına üzv ölkələr arasında 2028–2034-cü illər üçün nəzərdə tutulan uzunmüddətli büdcə layihəsi ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.

APA xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Bratislavaya səfərindən əvvəl keçirdiyi brifinqdə bildirib.

“Bu büdcə tamamilə qəbuledilməzdir. Ölkələrin mövqeləri bir-birindən o qədər uzaqdır ki, razılığa necə gələcəyimizi təsəvvür belə edə bilmirəm”, – deyə Babiş vurğulayıb.

Onun sözlərinə görə, büdcə layihəsində Ukraynaya 100 milyard avro ayrılması nəzərdə tutulur.

Çexiyanın Baş naziri hesab edir ki, Ukraynaya maliyyə yardımı Avropa İttifaqının ümumi büdcəsindən kənarda həyata keçirilməlidir.

“Avropa büdcəsi Aİ-yə üzv dövlətlər üçün nəzərdə tutulan vəsaitdir. Ukraynanın maliyyələşdirilməsi ayrıca təmin edilməlidir”, – deyə o bildirib.

Büdcə layihəsinin Avropa Şurasının növbəti iclasında müzakirəsi planlaşdırılır.

Mənbə: APA · 23.11.2026, 22:49 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu