“AzerGold”un İdarə Heyətinin üzvü vəzifəsindən ayrılıb
· 1 mənbə
“AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini Xəyyam Oqtay oğlu Fərzəliyev vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti müvafiq sərəncam imzalayıb.
Xəyyam Fərzəliyev 27 dekabr 2018-ci ildə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədrin müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl “ZQAN Holdings Limited”, “Boston Consulting Group” və “GPB Razvitiye Aktivov” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Mənbə: Banker.az · 27.11.2026, 11:00 · orijinal məqalə