“Azərsun”un tərkibinə yeni şirkət qatıldı

· 1 mənbə

“Media Balans” MMC təsisçisinin qərarı ilə “Sun Food” MMC-yə qoşularaq ləğv olunduğunu açıqlayıb.

Banker.az 8 oktyabr tarixində verdiyi xəbərə əsasən, “Media Balans” “Azərsun Holdinq” MMC-yə qoşulacağı bildirilmişdi.

Xatırladaq ki, “Media Balans” 10 aprel 2018-ci ildə Bakıda dövlət qeydiyyatına alınıb. Qeydiyyat zamanı nizamnamə kapitalı 50 min manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Sinan Kurt olub.

“Sun Food” 2003-cü ildə Azərbaycanda qeydiyyata alınıb və “Azərsun Holdinq” şirkətlər qrupuna daxildir. Şirkət qida məhsullarının xarici ticarətində iştirak edir və Dövlət Gömrük Komitəsinin ixrac üzrə “Yaşıl dəhliz”dən daimi istifadə hüququ olan şirkətlər siyahısındadır.

Kreditorlar tələblərini AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, giriş 134 ünvanına bildirə bilərlər.

Mənbə: Banker.az · 27.11.2026, 10:25 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu