AzTV ilə iddialara rəsmi cavab

· 1 mənbə

AzTV ilə bağlı son vaxtlar yayılan xəbərlərlə əlaqədar kanaldan rəsmi açıqlama verilib.

Publika.az xəbər verir ki, bu barədə AzTV-nin İnformasiya Proqramları Studiyasının direktoru Vəli Əkbər məlumat paylaşıb.

“Azərbaycan Televiziya və Radio verilişləri QSC olaraq bildiririk ki, quruma aid olan televiziyalarda həyata keçirilən dəyişikliklərlə bağlı yayılan dezinformasiyalar, xüsusən də kanalların loqoları həqiqəti əks etdirmir.

Bəli, yaxın zamanlarda ciddi format və qrafika, texniki və studiya dəyişiklikləri olacaq, xüsusən də AzTV kanalı yeni formatda yayımlanacaq. Və bu proses baş verəndən sonra ictimaiyyətə daha geniş məlumat veriləcək. Lakin buna qədər həmkarlarımızdan dəqiqləşdirilməyən məlumatlardan, xüsusən də yanlış loqolardan istifadə etməməyi xahiş olunur”, – o qeyd edib.

Mənbə: Publika.az · 25.11.2026, 23:05 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az AzTV ilə iddialara rəsmi cavab

Publika.az saytında oxu