Fransada "Google"un aktivlərinə həbs qoyulub
· 2 mənbə
Bakı. Trend:
Fransanın məhkəmə orqanları "Google" şirkətinin ölkədə yerləşən 1,9 milyard avro (təxminən 3,8 milyard manat) dəyərində aktivlərinə həbs tətbiq edib.
Vəkil Uilyam Jülyenin bildirdiyinə görə, aktivlərin dondurulması Rusiyanın "Google" MMC şirkətinin "Google Ireland Limited" şirkətinə qarşı qaldırdığı iddia ilə bağlıdır.
Vəkil qeyd edib ki, məhkəmə icraçısı "Google France" şirkətinin baş ofisinə gələrək 1,9 milyard avro məbləğində təminat xarakterli həbs qərarı barədə rəsmi bildiriş təqdim edib.
Onun sözlərinə görə, bu qərar şirkətin bank hesablarının birbaşa dondurulmasını nəzərdə tutmur. Həbs "Google France" şirkətinin müqavilə münasibətləri çərçivəsində İrlandiyadakı bölməsi qarşısında yerinə yetirməli olduğu öhdəliklərə şamil edilir. Bu münasibətlərdə Fransa şirkəti üçüncü tərəf qismində çıxış edir.
Mənbə: Trend · 25.11.2026, 23:14 · orijinal məqalə