Balakən sakini bıçaqlanıb, 69 yaşlı qardaşı tutulub- YENİLƏNİB
· 2 mənbə
Noyabrın 25-də saat 20:00 radələrində 1960-cı il təvəllüdlü şəxs (kişi) Balakən Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın yerli bürosuna verilən məlumata görə, ona döş qəfəsinin sağ tərəfinin plevra boşluğuna nüfuz edən açıq yarası diaqnozu təyin olunub və cərrahi əməliyyat icra edilib: "Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirir. Vəziyyəti ağır qiymətləndirilir".
***
24 noyabr, 22.43
Balakəndə bıçaqlanma hadisəsi baş verib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə noyabrın 24-də axşam saatlarında rayonun Mahamalar kəndində baş verib.
Belə ki, 1960-cı il təvəllüdlü Sədrəddin Malahov və qardaşı 1957-ci il təvəllüdlü Məhəmməd Malahov arasında mübahisə baş verib.
Mübahisə zamanı M. Malahov özündən 3 yaş kiçik qardaşı S. Malahova bıçaqla sinəsindən xəsarət yetirib.
Hadisəni törətməkdə şübhəli sayılan M. Malahov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: APA · 25.11.2026, 12:32 · orijinal məqalə