Yardımlıda 7 yaşlı uşaq su hövzəsində boğulub

· 2 mənbə

Bakı. Trend:

Yardımlı rayonunun Gendərə kəndində azyaşlı su hövzəsində boğularaq ölüb.

Trend-in məlumatına görə, hadisə noyabrın 24-də baş verib. Kənd sakini, 2019-cu il təvəllüdlü Əli Qurbanlı yaşadığı kənddə yerləşən su hövzəsində boğulub.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: Trend · 25.11.2026, 11:16 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu