"Barselona" qolkiperi ilə yollarını ayıracaq
· 1 mənbə
Bakı. Trend:
"Barselona" mövsümün sonunda müqaviləsi başa çatan Voyçex Şensni ilə bağlı qərar verib.
"The Athletic" nəşrinin məlumatına görə, La Liqa nəhəngi polşalı qapıçı ilə yollarını ayıracaq.
"Barselona" Şensniyə yeni sözləşmə təklif etməyi planlaşdırmır. 36 yaşlı qolkiper azad agent statusu ilə klubu tərk edəcək.
Qeyd edək ki, Voyçex Şensni 2025-ci ilin yayından "Barselona"da çıxış edir. Təcrübəli "əlcək sahibi" cari mövsümdə Kataloniya təmsilçisinin heyətində 1 rəsmi matçda 45 dəqiqə meydanda olub.
Mənbə: Trend · 28.11.2026, 13:28 · orijinal məqalə