Osimhenlə bağlı kritik toplantı

· 1 mənbə

“Qalatasaray”ın hücumçusu Viktor Osimhenin “Beşiktaş”la derbidə iştirak edib-etməyəcəyi ilə bağlı qərar son məşqdən sonra veriləcək.

Publika.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, UEFA Çempionlar Liqasında “Aston Villa” üzərində qələbə qazanan İstanbul təmsilçisi diqqətini Türkiyə Super Liqasına yönəldib. Komanda səfərdə “Beşiktaş”ı məğlub edərək liderliyini möhkəmləndirməyi hədəfləyir.

Lakin qarşılaşma öncəsi əsas müzakirə mövzusu Osimhenin fiziki vəziyyətidir. 27 yaşlı nigeriyalı hücumçunun son tibbi müayinələrdən sonra derbinin iştirak ərizəsinə düşmək ehtimalının yüksək olduğu bildirilsə də, yekun qərar onun məşqdəki hazırlığından asılıdır.

Məlumata görə, tibbi heyətlə məşqçilər korpusu arasında bu məsələ ilə bağlı görüş keçirilib. Osimhenin növbəti məşqdə komanda ilə birlikdə çalışması planlaşdırılır. Futbolçu özünü tam hazır hiss etdirərsə, hətta start heyətində də meydana çıxa bilər.

Komandanın digər futbolçusu Roland Sallai də zədə səbəbindən fərdi proqram üzrə çalışır. Onun da son məşqdəki vəziyyəti əsas heyətdə yer alıb-almayacağını müəyyənləşdirəcək.

Baş məşqçi Okan Buruk hər iki futbolçu ilə bağlı yekun qərarını son məşqdən sonra verəcək.

Mənbə: Publika.az · 28.11.2026, 12:35 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Osimhenlə bağlı kritik toplantı

Publika.az saytında oxu