Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır

· 1 mənbə

ABŞ-nin sabiq prezidenti Co Baydenin “Mənə söz ver, Amerika” (“Promise Me, America”) adlı memuarı satışa çıxarıldığı ilk həftədə olduqca zəif nəticə göstərib.

Publika.az “New York Post” qəzetinə istinadla xəbər verir ki, yeni işıq üzü görən kitabın ilk yeddi gündə cəmi 21 min nüsxəsi satılıb.

Müqayisə üçün qeyd olunur ki, 2020-ci ildə ABŞ-ın digər sabiq prezidenti Barak Obamanın “Vəd edilmiş torpaq” (“A Promised Land”) adlı xatirə kitabı satışa çıxdıqdan sonrakı ilk həftədə 1 milyon nüsxə satılmışdı.

C.Baydenin keçmiş köməkçilərindən biri nəşrə açıqlamasında vəziyyəti belə şərh edib: “Düzünü desək, Co Bayden kimin vecinədir ki?”.

Qəzetin məlumatına əsasən, sabiq prezident bu memuarların yazılması üçün 10 milyon dollar məbləğində avans alıb.

Mənbə: Publika.az · 28.11.2026, 09:19 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu