Allahverdi Yolçuyev vəsiyyətini açıqladı
· 1 mənbə
Aktyor Allahverdi Yolçuyev vəsiyyətini açıqlayıb.
Publika.az xəbər verir ki, sənətçi bu barədə qatıldığı verilişdə danışıb. O, min bir əziyyətlə ev tikdirdiyini və övladlarından həmin evi satmamalarını istəyib:
“Min bir əziyyətlə pul qazanıb ev qurmuşam. Heç kim mənə havayı pul verməyib. Böyük vəsiyyətimdir ki, yaratdığım, qurduğum evi dağıtmasınlar, satmasınlar. Həmişə orada yaşasınlar. 1994-cü ildə atam rəhmətə gedib. O da deyib ki, bu ev dədə-baba yurdudur, burada qal və yaşa. Mən də övladlarıma deyirəm ki, burada qalın”. (Axşam.az)
Mənbə: Publika.az · 27.11.2026, 18:30 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Allahverdi Yolçuyev vəsiyyətini açıqladı