Bərdədə su çuxurunda qadın meyiti aşkarlandı
· 4 mənbə
Bərdə. Trend:
Bərdə rayonunda qadın meyiti aşkarlanıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.
Yevlax rayon sakini, 1982-ci il təvəllüdlü Nigar Məmmədovanın meyiti su çuxurunda aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: Trend · 25.11.2026, 19:47 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Su çuxurundan qadın meyiti tapıldı
Modern.az
Bərdədə arxdan qadın meyiti tapıldı