Traktor iki hissəyə parçalandı, 4 yaralı var
· 2 mənbə
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza rayonun Topçu kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “BYD” markalı minik avtomobili yol kənarında dayanmış traktora çırpılıb.
Güclü zərbənin təsirindən traktor iki yerə bölünüb. Hadisə nəticəsində 4 nəfər xəsarət alaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
İlkin məlumata görə, həkim müayinəsindən sonra xəsarət alan şəxslərə ambulator tibbi yardım göstərilib və onlar evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Publika.az · 25.11.2026, 20:36 · orijinal məqalə
Bu barədə kim yazır
Publika.az
Traktor iki hissəyə parçalandı, 4 yaralı var