Bəzi dərsliklərdə plagiat mətnlərin olması ilə bağlı iddialara

· 1 mənbə

Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev bəzi dərsliklərdə plagiat mətnlərin olması ilə bağlı iddialara aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün keçirilən təlimdə sualı cavablandırarkən danışıb.

“Dərsliyə verilən mətnlərin çox ciddi tələbləri var. O mətnlər hansı meyarlara cavab verməlidir, həmin meyarlara cavab verən əsərlərin tapılması, bunların mütləq adaptasiyası, uyğunlaşdırılması olmalıdır. Orda bir neçə əsərdən söhbət gedirdi. O əsərlərin birbaşa , ilk müəllifinə - Braziliyadan ilk dəfə həmin süjeti işıqlandıran yazıçıya çıxmışdıq. O da sağdır, yəqin ki, Braziliyada yaşayır. Etiraf edir ki, bu süjeti hardasa eşidib və bədiiləşdirib. Bunlar gəzəyən süjetlərdir, o süjetlərin, hadisələrin müəllifi olmur. Bunlar bədii əsərlər deyil, hadisələrdir.

Başqa bir yerdə bir formada, bir ölkədə başqa formada yazıçılar həmin süjeti bədiiləşdirirlər, obrazlara xarakter verirlər, bəzi situasiyalar əlavə eləyirlər, maraqlı dramatik bir bədiiyyat yaradırlar, şagirdi həmin əsərə cəlb eləyirlər, onu tədris materialı üçün yararlı bir formaya salırlar. Orda heç bir plagiatdan söhbət getmir.

Sadəcə olaraq gündəmi zəbt eləmək üçün belə müzakirə yaradırlar. Çünki bu, gündəmə gəlmək üçün çox uğurlu bir mövzudur”.

Qeyd edək ki, bir müddət əvvəl yazar Səhər Əhməd məktəb dərsliklərində müəllif hüquqlarının pozulması ilə bağlı iddialar irəli sürmüşdü.

Gülnar Əliyeva

Mənbə: Qafqazinfo · 26.11.2026, 16:40 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu