Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
· 1 mənbə
Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
"Report"a xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 30-da ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Mənbə: Report · 29.11.2026, 16:06 · orijinal məqalə