Binəqədidə iki azyaşlı qızın ölümü ilə bağlı AÇIQLAMA
· 1 mənbə
Bakı. Trend:
2026-ci il noyabrın 7-si saat 09:35 radələrində və 22 noyabr saat 06:45 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Aşağı Sulutəpə ərazisindən çağırış qeydə alınıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadaları göndərilib.
“Təcili tibbi yardım briqadaları 7 noyabrda 2015-ci il təvəllüdlü azyaşlının (qadın cinsli), 22 noyabrda isə 2017-ci il təvəllüdlü azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktını qeydə alıb”.
Mənbə: Trend · 25.11.2026, 16:03 · orijinal məqalə