Binəqədidə “manyak” olduğu iddia edilən şəxs saxlanılıb (FOTO)

· 1 mənbə

Bakı. Trend:

Sosial şəbəkədə Binəqədi rayonunda “manyak” olduğu iddia edilən Ülvi Mikayılov polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nəzrin Adıgözəlzadə Trend-ə bildirib ki, Ülvi Mikayılov polisin keçirdiyi tədbirlər nəticəsində saxlanılıb.

Qeyd edək ki, bu gün bir vətəndaş sosial şəbəkədə həmin şəxsin videogörüntülərini yayaraq onun “manyak” olduğunu iddia edib və tapılması üçün DİN-ə müraciət etdiyi açıqlayıb.

Mənbə: Trend · 29.11.2026, 22:53 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu