Salyan sakini naməlum şəraitdə bıçaqlanıb

· 1 mənbə

Salyan sakini döş qəfəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Qaraçala kəndində baş verib.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Quliyev Fuad Əliqardaş oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirlib və əməliyyat götürülüb.

Onun hansı şəraitdə bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA · 29.11.2026, 22:35 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu