Bir vaxtlar nümunə göstərilən dayanacaqlar indi bərbad vəziyyətdədir - VİDEO

· 1 mənbə

Sakinlərin sözlərinə görə, dayanacaqlar ilk istifadəyə verildiyi vaxtlarda bütün bu imkanlardan yararlanmaq mümkün idi. Lakin indi vəziyyət ürəkaçan deyil.

İsmayıllı şəhər üzrə icra nümayəndəliyindən bildirildi ki, sözügedən dayanacaqlar qurumun balansındadır. Onların təmiri və fəaliyyətinin bərpası məqsədilə artıq bir sıra aidiyyəti təşkilatlara rəsmi müraciətlər ünvanlanıb. Lakin hələlik texniki nasazlıqların aradan qaldırılmasını öz öhdəsinə götürəcək ixtisaslaşmış təşkilat tapılmayıb. Bildirilib ki, müvafiq qurumlarla razılıq əldə olunduqdan sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin abadlıq işləri üçün ayırdığı vəsait hesabına dayanacaqlarda təmir işləri aparılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mənbə: Xəzər Xəbər · 24.11.2026, 19:36 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu