“Brand Credit BOKT” MMC yaranmasının 15 illik yubileyi ilə əlaqədar tədbir keçirib
· 1 mənbə
Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin İdarə Heyətinin sədri Firudin Qasımov bütün qonaqları salamlayıb və şirkətin qazandığı uğurlarına görə bütün əməkdaşlara təşəkkürürünü bildirib:
“Brand Credit BOKT” MMC bu illər ərzində böyük uğurlara imza atmışdır. Maliyyə sferasında özünü doğrultmuş və böyük təcrübə toplamışdır. Maliyyə göstəricilərimiz isə hər il müsbətə doğru artmaqda davam edir. Məhz 2020-cu ildə nizamnamə kapitalının 900 000 manatdan 1 900 000 manat artırılmasına nail olmuşuq. Hal-hazırda kredit portfeli 9 000 000 manata çatdırmışdır. Sözsüz ki, bu uğurların arxasında güclü komanda, əzimkarlıq və yüksək idarəetmə dayanır. Ən böyük məmnuniyyətimiz odur ki, missiyamız, strategiyamız və hədəflərimiz müştəri məmnunluğu ilə nəticələnir. İnanırıq ki, sağlam komanda ilə birgə atdığımız addımlar nəticəsində daha çox uğurlara nail olacağıq. Bir daha uğurlarımıza görə bütün əməkdaşlarımıza dərin təşəkkürümü bildirirəm. Qarşıdakı illərdə Brand CreditBOKT-a və əməkdaşlarına böyük nailiyyətlər arzulayıram.
Daha sonra şöbə rəhbərləri və digər əməkdaşlar nitq söylədilər.
Təsisçilər də öz növbəsində kollektivi 15 illik yubiley münasibətilə təbrik edərək bildirib ki, komandamız üçün bu gün iqtisadi qeyri-müəyyənliklər, bazar rəqabətinin artması 15 illik inkişaf yolunu uğurla keçmək üçün heç bir çətinlik yaratmamışdır. Bu yubileyi qeyd etmək olduqca önəmli və dəyərli hadisədir.
BOKT-u təbrik edən fəxri qonaqlar çıxışlarını yekunlaşdırdıqdan sonra, 15 illik fəaliyyəti dövründə çalışan əməkdaşlar xüsusi nominasiyalarla təltif olunublar.
Rəsmi hissənin başa çatması ilə proqram musiqili çıxışlar, rəqslər və əyləncəli oyunlarla davam edib.
Xatırladaq ki “Brand Credit BOKT” MMC 21 noyabr 2011-ci ildə təsis edilərək Mərkəzi bankın BKT 9 saylı lisenziyası ilə fəaliyyətə başlamışdır. Hazırda fəaliyyətini Bakı və Bərdə şəhərlərində davam etdirir. Nizamnamə kapitalı 1 900 000 manat təşkil edir.
Mənbə: Banker.az · 25.11.2026, 15:19 · orijinal məqalə