Güclü külək gözlənilir: Sarı xəbərdarlıq verildi

· 1 mənbə

Noyabrın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Mənbə: Publika.az · 25.11.2026, 19:30 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu