Bu gün şansı dəyişəcək 5 BÜRC

· 1 mənbə

Astroloji proqnozlara görə, noyabrın 25-i bəzi bürclər üçün müsbət dəyişikliklər, özünü kəşf və yeni fürsətlərlə yadda qala bilər. Numerologiyada fərqlilik və şəxsi inkişafla əlaqələndirilən 11/25 mələk rəqəminin enerjisinin xüsusilə 5 bürcün həyatına müsbət təsir göstərəcəyi iddia olunur.

Publika.az həmin bürcləri təqdim edir:

Dolça

Dolçalar indiyədək tənqid olunan fərqliliklərinin əslində ən böyük üstünlükləri olduğunu anlayacaqlar. Marsın Qız bürcünə keçidi ilə özlərini daha yaxşı tanımaq, gələcək hədəflərini müəyyənləşdirmək və yeni başlanğıclar etmək üçün əlverişli dövrə qədəm qoya bilərlər.

Əkizlər

Əkizlərin maraq dairəsi və öyrənmək həvəsi onlara yeni qapılar aça bilər. Keçmiş təcrübələrini dəyərləndirərək əldə etdikləri biliklərin bugünkü uğurlarında mühüm rol oynadığını anlayacaqlar. Bu fərqindəlik özünəinamlarını da gücləndirəcək.

Oğlaq

Oğlaqların qətiyyəti və özünəinamı ətrafdakıların diqqətini çəkəcək. Keçmiş təcrübələri sayəsində daha düzgün qərarlar verə biləcək, hədəflərinə çatmaq üçün əzmlə irəliləyəcəklər. Onların uğur qazanmaq istəyi bu gün daha aydın hiss olunacaq.

Buğa

Buğaların haqlı olduqları məsələlər nəhayət ətrafdakılar tərəfindən qəbul edilə bilər. Güclü müşahidə qabiliyyətləri və təcrübələri sayəsində verdikləri qərarların doğruluğu üzə çıxacaq. Bu prosesdə ətraflarından təqdir və dəstək görmələri də mümkündür.

Oxatan

Oxatanları yeni fürsətlər və maraqlı təcrübələr gözləyə bilər. Kəşf etmək həvəsləri onları fərqli istiqamətlərə yönəldəcək. Qarşılarına çıxan imkanları dəyərləndirməkdən çəkinməyən Oxatanlar gələcəyə daha nikbin və cəsarətli yanaşacaqlar.

Müəllif: Roza

Mənbə: Publika.az · 25.11.2026, 10:20 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az Bu gün şansı dəyişəcək 5 BÜRC

Publika.az saytında oxu