Lənkəranın 7 kəndində işıq kəsiləcək
· 2 mənbə
Bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
"Report"un Cənub bürosu xəbər verir ki, cari iş planına uyğun olaraq noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar rayonun Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndləri üzrə ümumilikdə 6500 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.
Elektrik enerjisinin verilişi işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.
Mənbə: Report · 25.11.2026, 09:59 · orijinal məqalə
Bu barədə kim yazır
Baku.ws
Bu gün 7 kənddə işıq kəsiləcək