Bu il fiziki şəxslər tərəfindən Azərbaycana 1,3 mlrd. dollarlıq məhsul idxal edilib
· 1 mənbə
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 15 milyard 268 milyon ABŞ dolları həcmində məhsul idxal edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal əməliyyatlarında dövlət sektorunun payı 1,7 milyard dollar, özəl sektorun payı 12,2 milyard dollar, fiziki şəxslərin payı isə 1,3 milyard dollar təşkil edib.
Hesabat dövründə dövlət sektorunun ixracı 14,4 milyard ABŞ dolları, özəl sektorun ixracı 13,5 milyard ABŞ dolları, fiziki şəxslərin ixracı isə 77,5 milyon ABŞ dolları olub.
Mənbə: APA · 28.11.2026, 13:45 · orijinal məqalə