Bu ölkədən İsrailə zərbə: Silah ticarətinə son qoyula bilər
· 1 mənbə
Serbiyada hakimiyyətə gəlməsi gözlənilən “Tələbə Siyahısı” hərəkatı İsraillə silah ticarətini və birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı layihəsini dayandırmağı planlaşdırır.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərəkatın idarəetmə proqramında İsrailin “Elbit Systems” şirkəti ilə PUA istehsalı müəssisəsinin yaradılmasına dair razılaşmanın ləğvi də nəzərdə tutulur.
Hərəkatın nümayəndəsi Filip Uboviç İsraillə silah ticarətinə son qoyulmasının onların siyasi platformasında açıq şəkildə əks olunduğunu bildirib.
Qeyd edək ki, Serbiya ilə İsrail arasında müdafiə sahəsində bir sıra iri müqavilələr imzalanıb. Onların arasında PULS yaylım atəşli reaktiv sistemlərinin tədarükünü nəzərdə tutan, ümumi dəyəri 1,97 milyard dollara yaxın olan razılaşmalar da var.
Xatırladaq ki, İsraillə hərbi əməkdaşlığı məhdudlaşdıran ölkələr arasında Türkiyə, İspaniya, İtaliya, Norveç və Niderland da yer alır.
Müəllif: Zümrüd Abidqızı
Mənbə: Publika.az · 25.11.2026, 16:48 · orijinal məqalə