Bu yeməyi yeməyin - Gicitkənli yumurta qadının həyatına son qoydu
· 1 mənbə
Türkiyənin Mersin vilayətində gicitkənlə hazırlanmış yumurta yeyən qadın həyatını itirib, digər qadın isə xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, hadisə Tarsus rayonunun Beylice məhəlləsində baş verib.
Məlumata görə, zeytun yığımı zamanı 55 yaşlı Durdane Oğmaç və onun 53 yaşlı əmisi qızı Nuran Oğmaç birlikdə hazırladıqları gicitkənli yumurtadan yeyiblər.
Bir müddət sonra hər iki qadının səhhətində problem yaranıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları Durdane Oğmaçın həyatını xilas edə bilməyiblər.
Vəziyyəti pisləşən Nuran Oğmaç isə xəstəxanaya çatdırılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Mənbə: Milli.az · 26.11.2026, 11:56 · orijinal məqalə