Tramp NATO-nun baş katibi ilə təcili görüş keçirdi: Bu məsələni müzakirə ediblər

· 1 mənbə

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte Floridadakı Mar-a-Laqo iqamətgahında görüş keçiriblər.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı birgə bəyanatda bildirilib.

Görüş zamanı Ukraynada münaqişənin mümkün qədər tez sülh yolu ilə həllinə nail olunmasının vacibliyi müzakirə edilib.

Tərəflər, həmçinin Rusiyanın münaqişənin gərginləşməsinə birbaşa və ya dolayı yolla səbəb ola biləcək addımlarının qarşısının alınması məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Ruttenin ABŞ-a səfəri Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı təşəbbüslərinin müzakirə olunduğu vaxta təsadüf edir. Rutte daha əvvəl NATO-nun bir sıra üzv ölkələrinin, o cümlədən ABŞ-ın Ukraynanın alyansa üzvlüyünü hələlik dəstəkləmədiyini bildirmişdi.

Mənbə: Publika.az · 26.11.2026, 12:06 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu