CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb

· 1 mənbə

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın iki neft tankerinin oğurlanması və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin həmin gəmiləri geri qaytarması barədə iddiaları təkzib edib.

APA xəbər verir ki, CENTCOM-un yaydığı məlumata görə, ABŞ-ın “Abraham Linkoln” aviadaşıyıcısının hücuma məruz qalması və onun heyətinin təxliyəsi üçün region ölkələrindən kömək istəməsi barədə məlumatlar da həqiqəti əks etdirmir.

Komandanlıq, həmçinin ABŞ-ın Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb etməsi ilə bağlı iddiaları da yalan adlandırıb.

CENTCOM-un bəyanatında qeyd olunub ki, ABŞ qüvvələri və onların regional tərəfdaşları Hörmüz boğazına nəzarət edir. Eyni zamanda bildirilib ki, İranın artıq real hərbi dəniz qüvvəsi qalmayıb.

ABŞ Mərkəzi Komandanlığı gəmiçiliyin Hörmüz boğazından sərbəst keçidinin bərpası istiqamətindəki səylərin uğurlu olduğunu vurğulayıb. Bəyanata görə, ABŞ-ın mühafizəsi altında minlərlə gəmi və milyardlarla barel neft boğazdan təhlükəsiz keçib.

CENTCOM, həmçinin “Abraham Linkoln” aviadaşıyıcısının və onun zərbə qrupunun uğurlu döyüş missiyasını başa vurduğunu və təhlükəsiz şəkildə ABŞ-a qayıtdığını açıqlayıb.

Mənbə: APA · 28.11.2026, 04:53 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu