"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər

· 1 mənbə

Almaniyanın "Rheinmetall" müdafiə şirkəti Ukraynada 155 mm-lik artilleriya mərmisi istehsal edəcək zavod tikmək layihəsinin ləğvini nəzərdən keçirir.

"Report"un Almaniyanın "German Aid to Ukraine" portalına istinadən məlumatına görə, şirkətin baş direktoru Armin Papperger bunu Hamburqda keçirilən "Capital Markets Day"in təqdimatında bildirib.

Onun sözlərinə görə, hələlik yekun qərar verilməyib, lakin o, "Rheinmetall"ın layihəni davam etdirməyəcəyini düşünür. Papperger bu qərarın səbəblərindən biri kimi lazımi məhsulları özləri istehsal etmək niyyətində olan ukraynalı tərəfdaşlarının mövqeyini göstərib.

Layihə 2024-cü ilin fevralında elan edilib. Müəssisənin hər il yüz minlərlə artilleriya mərmisi və müvafiq yanacaq doldurma qurğusu istehsal etməsi gözlənilirdi. Lakin, layihə iki il yarımdan çox müddətdə çoxsaylı gecikmələrlə üzləşib və zavod hələ də istehsala başlamayıb.

Pappergerin sözlərinə görə, Ukraynanın hərbi qüvvələri ildə 1-1,3 milyon artilleriya mərmisi istehlak edir ki, bunun da yarıdan çoxu yerli istehsaldır.

"Rheinmetall"in rəhbəri bildirib ki, şirkət hələ də lazımi avadanlıqları, eləcə də Ukrayna sənayesinin hazırda çatışmayan istehsal texnologiyası olan uzun mənzilli sursatları tədarük etməklə Ukrayna istehsalının inkişafına töhfə verə bilər.

Mənbə: Report · 28.11.2026, 04:50 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu