Ceyhun Bayramov gürcü həmkarı ilə Qara dəniz ətrafında vəziyyəti müzakirə edib

· 1 mənbə

Biz beynəlxalq gündəliyi, o cümlədən Rusiya-Ukrayna arasında davam edən müharibəni, Yaxın Şərqdəki gərginliyi və Qara dəniz ətrafında olan vəziyyəti müzakirə etdik.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstan XİN rəhbəri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, orada baş verən hadisələr ciddi çağırışlardır: “Müharibələrin və münaqişələrin qısa müddətdə başa çatdırılması önəmli prioritetdir və bu, Gürcüstan və Azərbaycanın ortaq mövqeyidir”.

Mənbə: APA · 24.11.2026, 18:45 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu