Çin orbitə daha 4 peyk buraxdı
· 1 mənbə
Çin orbitə dörd yeni peyk buraxıb.
Milli.Az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Məlumata görə, "Çançjen-6C" ("Long March-6C") daşıyıcı raketinin buraxılışı ölkənin şimalındakı Şansi əyalətində yerləşən Tayyuan Peyk Buraxılış Mərkəzindən həyata keçirilib.
Raketin göyərtəsində kosmik əsaslı bulud texnologiyalarının sınaqdan keçirilməsi üçün nəzərdə tutulmuş iki peyk, həmçinin "AİRSAT 12" və "AİRSAT 13" peykləri olub.
Dörd kosmik aparatın hamısı nəzərdə tutulan orbitlərə çatıb.
Bu buraxılış "Long March" ailəsinə mənsub daşıyıcı raketlərin 683-cü uçuşu olub.
Mənbə: Milli.az · 29.11.2026, 17:25 · orijinal məqalə
Bu barədə kim yazır
Milli.az
Çin orbitə daha 4 peyk buraxdı