Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəlib
· 2 mənbə
Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq özü üçün azı bürünc medalı təmin edib.
O, dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.
Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.
Mənbə: Xəzər Xəbər · 29.11.2026, 17:24 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
Dünya Kubokunda yarımfinala yüksəldi